XAN KEFİNDƏ DOLANMAQ

yaxşı yaşamaq, maddi sıxıntısı olmamaq; ~ kefi fıştırıq çalmaq, kefi doxsan doqquz vurmaq.

XAN İLƏ PLOV YEMİR Kİ, BIĞI YAĞA BATAR
XANDAN GƏLMİŞ NÖKƏRƏM, DİNMƏ, DİŞLƏRİNİ TÖKƏRƏM
OBASTAN VİKİ
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Fətəli xan
Fətəli xan Qovanlı-Qacar — Astrabad hakimi. Fətəli xan Əfşar — Urmiya xanı, Cənubi Azərbaycan və Şimali İran hakimi. Fətəli xan Qubalı — Quba xanı, Şimali-Şərqi Azərbaycan hakimi. Fətəli xan (Şəki xanı) — Şəki xanı. Fətəli şah Qacar — Qacarlar sülaləsindən olan 2-ci İran şahı. Fətəli xan Xoyski — ADR-in Daxili və Xarici İşlər naziri. Fətəli xan (İrəvan) — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi. Fətəli xan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Fəzlürrəhman Xan
Fəzlürrəhman Xan(benq. ফজলুর রহমান খান, Fozlur Rôhman Khan, ing. Fazlur Khan; 3 aprel 1929[…], Dəkkə, Britaniya Hindistanı – 27 mart 1982[…], Ciddə, Məkkə bölgəsi[d]) — ABŞ inşaatçı-mühəndisi. == Həyatı == Fəzlürrəhman Xan 3 aprel 1929-cu ildə Dəkkə şəhərində anadan olmuşdu.Kəlkətə Universitetini bitirmişdi. Fəzlürrəhman Xan 27 mart 1982-ci ildə vəfat edib.
Gezer Xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir.
Gezər xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir.
Güyük xan
Güyük xan — Göyük ya da Küyük olaraq da bilinir (d. 1206 — ö. 1248) — Çingiz xanın nəvəsi, Monqolların böyük xaqanı Ögedey xanın böyük oğlu və varisi. Ögedeyın 1241-ci ildə ölməsindən sonra hüquqi olaraq dövlət xaqansız qalır, ancaq faktiki olaraq 1241–1246-cı illərdə hakimiyyətdə Güyükün anası olur. 1246-cı ildə anasının ölümündən sonra həm hüquqi, həm də faktiki baxımdan Güyük xaqan olur və beləliklə, Monqol İmperiyası öz III xaqanına qovuşur. == Həyatı == Eyni zamanda naiblik vəzifəsi aparan anası Töregene xatının siyasî manevrları sayəsində 1246-cı ildə toplanan qurultayda böyük xaqan (qaan) seçildi. Qərbi xristiyanlığınca hərətiklik olaraq qəbul edilen nəsranilikdən böyük ölçüdə təsirləndi və çevrəsinə xristian müşavirlər topladı. Xanlığa seçilişi Çingiz xanın başqa nəvəsi, Rusiya fatehi və Qızıl Orda dövlətinin qurucusu Batı xanın nifrətinə səbəb olsa da, erkən ölümü Böyük Monqol imperiyasının bütünlüklə parçalanmasını önlədi. Güyük xan Büri xanla birlikdə Batı xanı təhqir etmişdi. Batı xan onları Ögedey xana şikayət etdi və xan onları cəzalandırdı.
Hacı xan
Hacı xan Kəngərli — Naxçıvan xanı. == Haqqında == Heydərqulu xan Kəngərlinin ölümündən (1763–64) sonra taxta çıxmışdır. Onun hakimiyyəti dövründə Naxçıvan xanlığı zəifləmişdir. Azərbaycan hökmdarı Kərim xan Zənddən (1760–1779) asılılığı qəbul etmişdir. Kərim xan onu Şiraza dəvət edib kiçik günah üstündə əsir almış, yerinə Heydərqulu xanın oğlu Rəhim xan Kəngərliyə keçmişdir. == Ədəbiyyat == Naxçıvan xanlığı məqaləsinin ədəbiyyatına == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 174.
Heydər xan
Seyid Heydər Bahadur xan ibn Şahmurad xan Manqıt (1775 — 1826) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. == Həyatı == Seyid Heydər Bahadur xan 1775-ci ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı. Atası Əmir Şahmurad xan Manqıtlar sülaləsindən idi.Anası isə Şeybanilər sülaləsindən Əbülfeyz xanın qızı idi. Heydər xan atası vəfat edən dönəmdə Qarşı şəhərində idi. Oradan Buxaraya qayıtdı. Burda türk adətinə görə ağ keçə üzərində xanlıq taxtına əyləşdirildi. == Ədəbiyyat == Абдулазим Сами, «Тарих-и салатин-и мангитийа» дар ас-салтана-и Бухараи шариф. Перевод Л. М. Епифановой. М.,1962 Ахмад Дониш.
Hülagü xan
Hülakü (monq. Хүлэгү хан – Xülegü xan; çin. 旭烈兀 — Çü liye vu; ərəb. هولاكو خان/ هَلَاوُن‎ – Hulaku xən/Hələvun; fars. هولاکو خان‎ – Hulaku xən; d. 1217 — ö. 8 fevral 1265) — Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xubilay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. == Arxa plan == Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereitin şahzadəsi Sörköktəni Bəginin oğlu idi. Sörköktəni Bəgi bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi.
Hülaku xan
Hülakü (monq. Хүлэгү хан – Xülegü xan; çin. 旭烈兀 — Çü liye vu; ərəb. هولاكو خان/ هَلَاوُن‎ – Hulaku xən/Hələvun; fars. هولاکو خان‎ – Hulaku xən; d. 1217 — ö. 8 fevral 1265) — Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xubilay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. == Arxa plan == Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereitin şahzadəsi Sörköktəni Bəginin oğlu idi. Sörköktəni Bəgi bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi.
Hüseynqulu xan
Şəxslər Hüseynqulu xan (Bakı xanı) — Bakı xanı. Hüseynqulu xan Sərdar — İrəvan xanı. Hüseynqulu xan Dünbili — Xoy hakimi Hüseynqulu xan Xoyski — çar ordusunun general-mayoru.
Hüseynəli xan
Hüseynəli xan Ziyadoğlu-Qacar
Kaydu xan
Kaydu xan (1230–1301) — 1296–1301-ci illər arasında Monqol xanı. 30 ildən çox Kubilay xana qarşı savaşmışdır. == Həyatı == Çingiz xanın oğullarından Ögeday qaanin nəvəsiydi. Atası Kaşin Ögedayın beşinci oğluydu. 1263-cü ildə Türkistan üzərində haqq iddia etdi və xüsusən Arık Bökə ilə apardığı əsgəri ittifaqların yardımıyla bölgəni ələ keçirdi. 1269-cu ildə bəzi Monqol öndərlərincə xan seçildi. Bir müddət üçün, əski paytaxt Qaraqorumla birlikdə Monqol torpaqlarının önəmli bir bölümünü idarəsi altında tutduysa da, Kubilay xana qarşı qalıcı bir zəfər qazana bilmədi. 1294-cü ildə Kubilay xanın ölməsindən sonra da saldırılarını sürdürdü. 1301-cü ildə Qaraqurum yaxınlarında yenik düşdü və qaçarkən öldürüldü.
Kayra Xan
Kazım xan
Kazım xan və ya Məhəmmədkazım xan (?-1763) – Toxmaqlı oymağının məşhur simalarından biri, Qaradağ xanı (1730-1763). Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğlu, Mustafaqulu xan, Nəcəfqulu xanın atasıdır. == Həyatı == Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ildə Nadirqulu xan Qırxlı-Avşar Təbrizi, Əhəri, Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722-1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası Məhəmmədqasım xan, böyük qardaşı Əbdürrəzzaq xan kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb tutdu. Saray adamları onu öldürməyi təhrik edirdilər. Nadirqulu xan onu xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı.
Kebek xan
Kebek xan (?-1326) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Böyük qardaşı İsen-Buğa xanın 1319-cu ilin ilk aylarında ölümündən sonra Kebek xan, Cıağatay xanlığının hakimi məqamına gəlmişdir. Kebek xan böyük qardaşları Künçük xan və İsen-Buka xanın zamanından bəri şəxsiyyəti, mübarizliyi və komandanlıq vəsfləri ilə tanınmış və cığataylılar tarixində ilk dəfə adına pul kəsdirən hökmdar olaraq ünlənmişdir. Bu, o zamana qədər sadəcə kim tərəfindən zərb olunduğu bəlli olmayan pullar işlənən Cığatay xanlığının rəsmən istiqlalını sübut etməsi deməkdir. Kebek xanın kəsdirmiş olduğu pullar o qədər məşhur olmuşdur ki, ruslarda xırda pul qarşılığı işlənilən Kopeek kəliməsinin Kebekidən (Kebekin kəsdirdiyi pul) gəldiii biliniir. Kebek xan xanlığın mərkəzini də dəyişdirmiş və Karşı çevrəsinə daşımışdır. Ölümündən sonra xələfi İlçigiday xan, 1326-cı ildə xanlığa gətirilmiş fəqət eyni il toplanan qurultayda Tarmaşirin xan, xanlıq məqamına gətirilmişdir.
Kenesarı xan
Kenesarı xan (qaz. Кенесары Қасымұлы; 1801, Orta juz – 1847, Qırğızıstan) — Qazax xanlığının 20-ci hökmdarı. == Həyatı == 1802-ci ildə anadan olmuş Kenesarı Qasım Xan oğlunun adını və soyadını qaynaqlarda Kine Sarı Sultan, Kenesarı Qasımov kimi də yazırlar. O, məşhur Qazax xanı Abılay xanın nəslindəndir. Kazan xanlığını və Həştərxan xanlığını işğal edən Rusiya sərhədlərini cənuba və şərqə doğru genişləndirirdi. Lakin onun yeni əraziləri idarə edə biləcək nə məmurları vardı, nə də ordusu. Buna görə də Hindistandan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaq üçün qalalar tikərək kiçik hərbi birliklərini həmin qalalarda yerləşdirməklə həm karvan yollarını nəzarətdə saxlayır, həm də bölgənin dağınıq və kiçik yerli idarəçilərinə təsir göstərirdi. 1715-ci ildən etibarən xalqı ata-baba yurdundan, otlaqlarından didərgin salaraq qazax çöllərinə sahib olan və yollar üzərində mühafizə qurğuları yaradan Rusiya imperiyası 1731-ci ildə qazaxların Kiçik juzunun xanı Əbül Xeyrini Rusiya təbəəliyini qəbula məcbur etdi. 1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artırmaqla yanaşı, onların müdafiə qabiliyyətini də artırırdı. Artıq Orta və Böyük juz da əsarət altına düşmüşdü.
Kerey Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Keyxatu xan
Keyxatu xan (monq. ᠭᠠᠶᠺᠠᠲᠦ; Buddist adı: Riçindorj; təq. 1259 – 24 mart 1295) — Elxanlılar sülaləsindən beşinci elxan. Elxanlılar dövlətinin hökmdarı (1291–1295), Arqun xanın qardaşı və sələfi. Keyxatunun buddist laması ona Tibet dilində Qiymətli Almas mənasını Riçindorj adını vermişdir. Bu ad sonradan Keyxatu dövründə tədavülə buraxılan kağız pullarda da qeyd edilmişdir. == Həyatının erkən dönəmi == Keyxatu xan 1259-cu ildə Abaqa xanla Nukdan Xatunun ailəsində doğulmuşdur. Anası olan Nukdan Xatun Tatar idi. Keyxatu xan Əhməd Təkudar xanın hakimiyyəti dövründə Suriyanın şimalında yaşamış və 1284-cü ildə Qonqurtayın edam edilməsindən sonra qardaşı olan Arqunun yanına, yəni Xorasana qaçmışdır. O, 1284-cü ilin iyununda Arqun tərəfindən Təkudara sülh qarşılığı girov kimi verilmiş və ögey anası Today Xatunun ordasına qatılmışdır.
Kildibəy xan
Kildibəy xan (v. 1362) — Orduməlik xanı devirərək hakimiyyətə gəlmişdi. Batı xanın nəslindən gəldiyini iddia etsə də, əsl mənşəyi məlum deyil. 1 ilə yaxın hakimiyyətdən sonra Murad xan tərəfindən devrildi.
Kormesi xan
Kormesi xan (bolq. Кормесий) (?-738)— Dulo sülaləsindən Böyük Bolqar xanlığının xanı. == Həyatı == Kormesi xan haqqında tarixi məlumat olduqca azdır. 716-cı ildə salnaməçi Feofan onun barəsində söhbət açır. Bəzən onu Tervel xanın oğlu kimi də göstərirlər.. "Madara atlısı" abidəsinin altında Kormesi xanın hakimiyyəti haqqında məlumat var. Amma vandallar tərəfindən qəsdən pozulub. Kormesi xanın 738-ci ilədək hakimiyyətdə olduğu bilinir. == Toponimlər == Antarktikanın Qrinviç adasında Kormesi təpəsi xanın şərəfinə adlanıb.
Kormisoş xan
Kormisoş xan — (bolq. Кормисош) - Bulqar xanı. 737-754 yaxud 753-756 illərində hökmdarlıq etmişdir. Uokil sülaləsindən idi. Necə hakimiyyətə gəldiyi bilinmir. == Hakimiyyəti == İmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu. Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi.
Kömür Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.